Putin TU-154 təyyarəsinin süqut etməsi hadisəsi barədə araşdırmanın aparaılması barədə göstəriş verdi
-
Putin TU-154 təyyarəsinin süqut etməsi hadisəsi barədə araşdırmanın aparaılması barədə göstəriş verdi
Rusiya prezidenti bu ölkəyə məxsus bir ədəd TU-154 təyyarəsinin süqut etməsi barədə araşdırmaların aparılmasını istəyib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Kremldən bildirilib ki, Rusiya prezidenti Vladimir Putin bazar günü baş nazir Dmitri Medvedyevə bu ölkəyə məxsus bir ədəd TU-154 təyyarəsinin süqut etməsi hadisəsi barədə araşdırmaların aparılması haqda göstəriş verib.
Kremldən verilən məlumata görə, Putin həmçinin TU-154 təyyarəsinin süqut etməsi hadisəsini araşdırması üçün bir komissiyanın təşkil edilməsini də istəyib.
Vladimir Putin Soçidə süqut etmiş TU-154 təyyarəsində həyatını itirənlərin ailələrinə baş sağlığı verərək, onların kədərinə şərik çıxıb.
Bu məlumata görə, Putin TU-154 təyyarəsinin süqut etməsi hadisəsi ilə bağlı araşdırmaları intensiv şəkildə izləyir.
Rusiya Müdafiə Nazirliyinin Sözçüsü İqor Konaşenkov bir neçə saat öncə hadisə qurbanlarından birinin cəsədinin aşkar edildiyini bildirib.