ABŞ-da evsizlərin sayı misilsiz həddə artıb
https://azeri.sahartv.ir/news/dünya-i253058-abŞ_da_evsizlərin_sayı_misilsiz_həddə_artıb
Amerikada evsizliyə son qoyulması üzrə milli koalisiyanın hesabatına əsasən ölkədə evsizlərin sayı misilsiz həddə artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 15:59 Asia/Baku
  • ABŞ-da evsizlərin sayı misilsiz həddə artıb
    ABŞ-da evsizlərin sayı misilsiz həddə artıb

Amerikada evsizliyə son qoyulması üzrə milli koalisiyanın hesabatına əsasən ölkədə evsizlərin sayı misilsiz həddə artıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Amerikada evsizliyə son qoyulması üzrə milli koalisiyanın bazar günü yaydığı hesabatda bildirilir ki, hər gecə Amerikada 560 000 nəfər evsiz küçələrdə gecələməli olur.

Hesabatda həmçinin bildirilir ki, sadəcə Nyu-Yorkda evsizlərin sayı 1930-cu ildən bəri ən yüksək həddə çatıb.

Həmçinin, mövcud statistik məlumatlara görə, Amerikada hər 10 000 nəfərdən 17 nəfəri evsizdir.

Kaliforniya Ştatının rəsmiləri də daha öncə Los Ancelesdə 13 000 nəfərin keçələrdə gecələdiyini bildirmişdilər.