Rusiya təyyarəsinin süqut etməsi hadisəsinin terror aktı olması ehtimalı rədd edildi
https://azeri.sahartv.ir/news/dünya-i253061-rusiya_təyyarəsinin_süqut_etməsi_hadisəsinin_terror_aktı_olması_ehtimalı_rədd_edildi
Rusiya Federasiya Şurasının müdafiə məsələləri komitəsinin sədri bu ölkə təyyarəsinin süqut etməsinin bir terror aktı olması ehtimalını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 16:41 Asia/Baku
  • Rusiya təyyarəsinin süqut etməsi hadisəsinin terror aktı olması ehtimalı rədd edildi
    Rusiya təyyarəsinin süqut etməsi hadisəsinin terror aktı olması ehtimalı rədd edildi

Rusiya Federasiya Şurasının müdafiə məsələləri komitəsinin sədri bu ölkə təyyarəsinin süqut etməsinin bir terror aktı olması ehtimalını rədd edib.

Rusiyaya məxsus bir ədəd TU-154 təyyarəsi bazar günü Soçidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra lokatorların səhifəsindən yoxa çıxıb. Təyyarə Qara dənizin sahilindən 1500 metr aralıda suya düşüb.

İTAR TASS-ın verdiyi məlumata görə, Viktor Ozrov deyib: Bu hərbi təyyarənin texniki nasazlıq və ya insan səhlənkarlığı üzündən  süqut etdiyi ehtimal olunur.

Rusiya prezidenti Vladimir Putin isə baş nazir Dmitri Medvedyevə hadisənin səbəblərini araşdırmaq üzrə xüsusi bir komissiyanın yaradılması barədə göstəriş verib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun dediyinə görə, müdafiə nazirinin müavini Pavel Papovun başçılıq etdiyi Müdafiə Nazirliyinin heyəti Soçi şəhərinin ətrafında yerləşən Adler məntəqəsinə səfər edib.