Rusiya MN: Rus təyyarəsinin tapılmasında müxtəlif bölmələr iştirak edir
-
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Soçi şəhəri yaxınlığında Qara dənizdə qəzaya uğrayan Rusiya təyyarəsinin qalıqlarının tapılması üçün axtarış əməliyyatı davam edir və bu əməliyyatda çoxlu sayda gəmi, qayıq və dalğıc iştirak edir.
Rusiya əl-Youm televiziyasının məlumatına görə, Konaşenkov əlavə edib: Axtarış qrupu indiyə qədər 11 cəsədi aşkarlayıb. 10 cəsəd Moskvaya nəql olunub.
Konaşenkov deyib: 39 gəmi və qayıq, 135 dalğıc və 7 xüsusi avadanlığa şamil olan xilas və axtarış qrupu hazırda dənizin dərinliklərində axtarış aparır. Axtarış və səmaya nəzarətə 5 helikopter və bir pilotsuz uçan aparat başçılıq edir.
İndiyə qədər 10 cəsəd və qurbanların cəsədlərinin tapılan 86 üzvü təyyarə ilə Moskvaya göndərilib və tibbi ekspertiza tərəfindən müəyyənləşməsi qərara alınıb.