"TU-154"ün qara qutusu tapıldı
https://azeri.sahartv.ir/news/dünya-i253241-tu_154_ün_qara_qutusu_tapıldı
Rusiya Müdafiə Nazirliyinin Qara dənizə süqut edən təyyarəsinin qara qutusu tapılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 08:01 Asia/Baku
  • "TU-154"ün qara qutusu tapıldı

Rusiya Müdafiə Nazirliyinin Qara dənizə süqut edən təyyarəsinin qara qutusu tapılıb.

İTAR TASS bildirir ki, məlumatlı bir qaynaq dalğıcların Qara dəniz sularına düşən Rusiya Müdafiə Nazirliyinin TU-154 təyyarəsinin qara qutularından birinin tapa bildiklərindən xəbər verib. 

Bu məlumata görə, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin adının gizli saxlanılmasını istəyən rəsmisi bildirib ki, bu qara qutu axtarış əməliyyatı zamanı təyyarənin kabin hissəsinin alt bölməsində aşkar edilib. 

Məlumatda həmçinin bildirilir: Təyyarənin süqut etdiyi məkanda 3 cəsəd də aşkar edilib. 

Bazar günü səhər Rusiya Müdafiə Nazirliyinin bir ədəd Tu-154 təyyarəsi Soçi hava limanını Suriyanın Latakiya şəhərinə doğru tərk etməsindən bir neçə dəqiqə sonra, Qara dəniz sularına suqt edib. Hadisədə təyyarədə olan 92 nəfərin hamısı həlak olub. Dünya şöhrətli "Qızıl Ordu" xor orkestrinin 60-dan çox üzvü bu təyyarənin sərnişinləri arasında olub.