Almanlar təhlükəsizliki tədbirlərinin gücləndirilməsini istəyirlər
Berlində baş verən son terror aktından sonra həyata keçirilən rəy sorğularının nəticələri göstərir ki, paytaxt Berlində sakinlərin əksəriyyəti təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyirlər.
Prensa Latina xəbər agentliyinin verdiyi məlumata görə, YouGov müəssisəsinin həyata keçirdiyi bu rəy sorğusuna görə əhalinin 73 faizi güclü təhlükəsizlik tədbirlərinin tərəfdarıdır , 61 faiz polisin təchizatlarının müasirləşməsini istəyir, 60 faiz ictimayi yerlərdə kameraların quraşdırılmasını məqsədə uyğun hesab edir.
Digər tərəfdən rəy sorğusunda iştirak edənlərin yarısı terrorçu hücumlarla əlaqədar polisə yardım üçün ordunun da müdaxilə etməsini istəyirlər.
Ötən bazar ertəsi günü tunisli gənc Ənis Amiri idarə etdiyi yük maşınını krisməs bazarında əhalinin üstünə sürərək 12 nəfərin ölümü və 50 nəfərin yaralanmasına səbəb oldu. Hücumçu şəxs sonralar İtaliyanın Milan şəhərində qətlə yetirildi.