Şinzo Abe Pearl Harbora hücumdan təəssüfləndi
Yaponiya baş naziri Şinzo Abe 1941-ci ildə bu ölkənin Amerikanın Pearl Harbor limanına hücumunda həlak olanlara görə təəssüfləndiyini bildirib.
Röytersin məlumatına görə, Şinzo Abe Pearl Harborda xatirə abidəsini ziyarət etdikdən sonra əlavə edib: Yaponiya qüvvələrinin Pearl Harbora hücumunda həlak olanlara görə, Yaponiya baş naziri olaraq ABŞ prezidenti Barak Obama, bu ölkə xalqı və dünyanın bütün xalqlarının dərdinə şərik çıxıram.
Şinzo Abe ABŞ prezidenti ilə birlikdə Pearl Harboru ziyarət edən ilk Yaponiya baş naziridir.
Amerikanın II Dünya Müharibəsinə müdaxilə etməsi ilə nəticələnən 1941-ci ilin dekabr ayında Yaponiyanın Pearl Harbora hücumunda 2 min 300 amerikalı hərbçi həlak oldu.
Şinzo Abe deyib: Biz heç vaxt müharibənin dəhşətlərini təkrarlamamalıyıq və bu bizim Yaponiya xalqına ciddi vədimizdir.