Dek 30, 2016 11:53 Asia/Baku
  • Putin atəşkəs razılaşmasını zəif adlandırıb
    Putin atəşkəs razılaşmasını zəif adlandırıb

Rusiya prezidenti Suriyadakı atəşkəsin pozula biləcəyini deyib.

Rusiya Federasiyası prezidenti Vladimir Putin deyib: Suriyada atəşkəs barəsində əldə olunan anlaşma əlbəttə zəifdir, xüsusi diqqətə ehtiyaclıdır, diqqətlə izlənilməlidir ki, qorunsun və genişlənsin. Amma bununla belə, müştərək işimizin diqqəti cəlb edəcək nəticəsidir. Hazırda hər bir işi etməliyik ki, bu anlaşmalar icra olunsun. Mən Suriya Ərəb Respublikası hökuməti, müxalif silahlı qruplar və Suriya müharibəsi və münaqişəsində tərəf olan və toqquşan tərəflərə nüfuzu olan bütün region ölkələrini bu əldə olunan anlaşmanı dəstəkləməyə və Qazaxıstan paytaxtındakı danışıqlarda fəal iştiraka çağırıram. 

Teqlər