Ban Ki Munun baş katiblik dövrü başa çatıb
Dek 31, 2016 10:36 Asia/Baku
BMT-nin 8-ci baş katibi rəsmən öz vəzifəsindən kənara çəkilib.
IRIB-nin məlumatına görə, BMT-nin 8-ci baş katibi Ban Ki Mun dünən bu beynəlxalq orqandakı baş katibliyinin ikinci beşillik dövrününü başa çatmasında BMT-nin sükanını 9-cu baş katib Antonio Quterresə təhvil verib.
BMT-nin yeni baş katibi Antonio Quterres BMT Baş Assambleyasının rəyi ilə bu vəzifəyə seçilibdir.
Ban Ki Munun onillik baş katiblik dövrü elə bir halda başa çatıbdır ki, o, bir çox beynəlxalq böhranlara laqeyd yanaşmağa görə, tənqid olunur.
44 min işçi üstəgəl 100 min sülhə nəzarət qüvvəsi BMT baş katibinin müdiriyyəti altında işlə məşğuldur.