Yan 01, 2017 21:00 Asia/Baku
  • Amerikanın etirafı
    Amerikanın etirafı

ABŞ konqresinin araşdırma müəssisəsi Yəmən savaşı haqda nümayəndələr palatasına və senata hesabat verərək, bildirib ki, Ərəbistanın Yəmənə təcavüzünün qurbanlarının sayı on min nəfəri ötüb keçibdir.

IRNA-nın məlumatına görə, bu müəssisə həmin hesabatda bildirib ki, Ərəbistanın Yəmənə təcavüzündə dörd mindən çox mülki həlak olub və azı iki milyon 200 min yəmənli didərgin düşüb və evsiz-eşiksiz qalıb.

Bu məlumata görə, 400 min yəmənli uşaq qida, eləcə də dərman və tibbi ləvazimat çatışmazlığı və didərginlik çətinlikləri ucbatından son dərəcə çətin xəstəliklərə düçar olubdur ki, bu miqdardan beş yaşından aşağı on min uşaq həyatını itirib.

Yəmən savaşından 21 ay keçəndən sonra bu ölkə xalqının səksən faizi insani və ictimai yardımlara təcili ehtiyac duyur.

Beynəlxalq hüquq cəmiyyətləri dəfələrlə Ərəbistanın Yəməndə törətdiyi vəhşilikləri pisləyiblər.

Teqlər