Qılıçdaroğlu: Türkiyədə terror terrorçulara sığınacaq verməyin nəticəsidir
https://azeri.sahartv.ir/news/dünya-i254350-qılıçdaroğlu_türkiyədə_terror_terrorçulara_sığınacaq_verməyin_nəticəsidir
Türkiyənin Cümhuriyyət Xalq Partiyası CHP-nin lideri Kamal Qılıçdaroğlu bildirib: Bu ölkədə radikal qruplar tərəfindən törədilən çoxlu terror aktları cinayətkarlarla anlaşmaq və terrorçulara sığınacaq verməyin nəticəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2017 11:00 Asia/Baku
  • Kamal Qılıçdaroğlu
    Kamal Qılıçdaroğlu

Türkiyənin Cümhuriyyət Xalq Partiyası CHP-nin lideri Kamal Qılıçdaroğlu bildirib: Bu ölkədə radikal qruplar tərəfindən törədilən çoxlu terror aktları cinayətkarlarla anlaşmaq və terrorçulara sığınacaq verməyin nəticəsidir.

İRNA-nın məlumatına görə, Qılıçdaroğlu çərşənbə axşamı günü bu partiyanın Ankarada keçirilən iclasında AKP rəsmilərinə xitabən deyib: Əgər bir terror təşkilatına yaxınlaşarsanız, nəticəsi bu olacaq. Bir qrup Türkiyədə qapıları açdı və minlərlə "döyüşçü" cinayətkar Suriyaya getdi və deməliyəm ki, əgər siz yaralı İŞİD-çiləri Türkiyəyə gətirirsinizsə, belə bir nəticə ilə üzləşərsiniz. 

Qılıçdaroğlu hazırkı dövlət rəsmilərinə xitabən deyib: Nə üçün bu haqda məsuliyyəti qəbul etmirsiniz. Türkiyə hökuməti zəifdir, Türkiyəni idarə edə bilmir və öz yanlışlıqlarını etiraf etməlidir. 

CHP lideri əlavə edib: Ərdoğan hökuməti Türkiyəni İŞİD və PKK terrorçularına təslim edib və istefa verməlidir. 

"İndi çökmüş bir dövlətlə qarşı-qarşıyayıq" deyən Qılıçdaroğlunun sözlərinə görə, Türkiyənin hazırkı hökumətinin siyasəti etnik kimlik və dini kimlik üzərindədir.