Rusiya rəsmisi: Lazım gələrsə Rusiya hərbi gəmiləri Aralıq dənizinə qayıdacaqlar
-
Rusiya rəsmisi: Lazım gələrsə Rusiya hərbi gəmiləri Aralıq dənizinə qayıdacaqlar
Rusiya lazım gəldiyi təqdirdə öz hərbi gəmilərini Aralıq dənizinə qaytaracağından xəbər verib.
Suriyanın Əl-Əxbariyə telekanalı bildirib: Rusiya terrorizm ilə mübarizədə Suriyaya yardımın edilməsində ciddidir və müxtəlif zaman kəsimlərində fərqli taktikalardan istifadə edir. Rusiyanın Hərbi Dəniz Donanmasını Ümumi Hİmayə Hərəkatının sədri Mixail Nenaşov bildirib ki, Rusiya ən qısa zamanda Aralıq dənizinə daha artıq hərbi gəmi göndərmək qüdrətinə malikdir.
M.Nenaşov əlavə edib: Admiral Kuznetsov təyyarə daşıyan gəmi və Böyük Pyotr savaş gəmisi habelə, digər hərbi gəmilər Suriyada terrorçulara qarşı hərbi əməliyyatlara havadan dəstəyin verilməsində böyük rol oynayıblar. İndi bu gəmilər öz missiyalarını başa vuraraq, məntəqəni tərk ediblər. Lakin, lazım gələrsə, yenidən Aralıq dənizinə qayıtmaq üçün tam hazırlığa malikdirlər.