Rus rəsmi ABŞ-ın ekspansionist siyasətlərini qınayıb
-
Rus rəsmi ABŞ-ın ekspansionist siyasətlərini qınayıb
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Amerikanın ekspansionist siyasətlərinin nəticəsiz və uğursuz olduğunu bildirib.
İRİB-in verdiyi məlumata görə, Konstantin Kasaçov bu gün deyib: ABŞ prezidenti Barak Obamanın bu ölkənin son prezident seçkilərində Demokrat Partiyasaının namizədinin məğlubiyyətini Rusiyanın boynuna yıxması ABŞ-ın ekspansionist siyasətlərinin tamamiylə məğlubiyyətə uğradığını göstərir.
RF şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri deyib: Obamanın Demokrat Partiyasının seçkilərdəki məğlubiyyətini Rusiya prezidenti Vladimir Putinin boynuna yıxmaq üzrə məyus edici cəhdləri çox naşıyana hərəkətdir.
Konstantin Kasaçovun dediyinə görə, Ağ evin çaxnaşma yaratmaq cəhdlərinə rəğmən beynəlxalq siyasətdə dəyişikliklər artıq başlayıb.
Barak Obama bir televiziya müsahibəsində Rusiyanın demokrat namizəd Hillari Klinton deyil, respublikaçı namizəd Donald Trampın qələbə çalmasını tərcih etdiyini demişdir.
Kreml rəsmiləri ABŞ-ın son prezident seçkilərində hər hansı müdaxilə iddialarını rədd ediblər.