Moskva: Rus hakerləri Obamanın beynini hak ediblər
-
Moskva: Rus hakerləri Obamanın beynini hak ediblər
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən gücə ABŞ rəsmilərinin Rusiyanın bu ölkənin son prezident seçkilərinə müdaxiləsi barədə iddialarına kinayəli cavab verib:" Görünür Rusiya hakerləri ABŞ prezidenti Barak Obamanın beynini hak edə biliblər. "
İRİB-in verdiyi məlumata görə, ABŞ-ın casusluq qurumları bir hesabat yayaraq Rusiya prezidenti Vladimir Putinin şəxsən Hillari Klintonun seçki qərargahına kibernetik hücumun əmrini verdiyini iddia ediblər.
ABŞ-ın kəşfiyyat qurumları iddia ediblər ki, bu kimi kibernetik hücumlarda məqsəd Donald Trampa , Hillari Klintonu məğlub etmək üçün yardımçı olmaq olmuşdur.
Rusiyanın ABŞ-ın prezident seçkilərinə müdaxiləsi Tramp ilə Klinton arasında seçki rəqabətləri gedərkən də çoxlu qalmaqallara səbəb olmuşdu.
Trampın ABŞ-ın Rusiyaya yaxınlaşmalı olduğuna dair fikirlər səsləndirməsi və onun Rusiya prezidenti Vladimir Putini alqışlayan bəyanatlarla çıxış etməsi bu qalmaqalları daha da qızışdırdı.
Bu münaqişənin ardınca Ağ ev son təşəbbüsündə 35 rus diplomatı Amerikadan qovub və Rusiyaya aid etdiyi kibernetik hücuma cavab olaraq 6 rus rəsmi və quruma qarşı sanksiiyalar da tətbiq edib.