Trampın andiçmə mərasimi üçün güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub
Yan 10, 2017 16:53 Asia/Baku
-
Trampın andiçmə mərasimi üçün güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub
Amerika Milli Qvardiyası ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimi üçün geniş təhlükəsizlik tədbirlərinin icrasından xəbər verib.
Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün ABŞ milli qvardiyasının 5 min qüvvəsi hazır vəziyyətə gətiriləcək. ABŞ paytaxtı Vaşinqtonda da güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub.
Donald Trampın andiçmə mərasimi 2017-ci il 20 yanvarda elə bir şəraitdə keçiriləcək ki, həmin gün üçün Ağ ev qarşısında geniş etiraz aksiyasına çağırışlar edilib.
Müxalif qruplar Trampın andiçmə mərasimi günü üçün nəzərdə tutulan etiraz aksiyasına 200 min insanın qatılacağını deyirlər.
Teqlər