Yan 11, 2017 13:28 Asia/Baku
  • Kipr böhranı ilə bağlı müzakirələr yenidən bərpa edildi
    Kipr böhranı ilə bağlı müzakirələr yenidən bərpa edildi

Türk və yunan sakinli iki Kipr arasında böhranın həll edilməsi üzrə danışıqlar yenidən bərpa edilib.

Euronews telekanalının verdiyi məlumata görə, Kiprin türk və yunan sakinli hissələrinin rəhbərləri bazar ertəsi günü BMT-nin nəzarəti altında sülh anlaşmasına nail olmaq üçün Cenevrədə danışıqlara başlayıblar. Bu danışıqlarda məqsəd Türkiyə və Yunanıstan arasındakı ixtilafların təqribən 40%-ni həll etməkdir.

Yunanıstanın baş naziri Aleksis Sipras həll yolunun əldə edilməsinin sonda Kiprin həm türk, həm də yunan sakinli əhalisinin xeyrinə olacağını deyir. Bu həll yolu isə praktik, icra ediləsi və Kipr əhalisinin nigaranlıqlarını aradan qaldıra biləcək bir anlaşma olmalıdır.

Türkiyənin baş naziri Binali Yıldırım da əldə ediləcək anlaşmanın Kipirdə bərabər və ədalətli bir hakimiyyətin formalaşmasına zəmanət verməli olduğunu bildirib.

Türkiyə baş nazirinin qənaətinə görə, Kiprin türk və yunan sakinləri arasında etimadın formalaşması öz-özlüyündə kafi deyil. Binalı Yıldırım həmçinin, müzakirələrin davamlı olacağına ümidvar olduğunu bildirib.

Kiprin gələcək federal hökuməti, iqtisadi məsələlər və Avropa Birliyi ilə əlaqələr bu müzakirələrin əsas mövzusunu təşkil edir.

Teqlər