Trampın Rusiya ilə gizli əlaqələri barədə sənədlər FTB-yə verilib
-
Trampın Rusiya ilə gizli əlaqələri barədə sənədlər FTB-yə verilib
Respublikaçı senator ABŞ-ın seçilmiş prezidenti ilə Rusiya arasındakı gizli əlaqələr barədə faktları Federal Təhqiqat Bürosunun rəisinə təqdim edib.
Qardian qəzetinin verdiyi məlumata görə, respublikaçı senator Con Mak Kin dünən ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Rusiya ilə gizli əlaqələri barədə sənədləri FTB-nin başçısı Ceyms Kumiyə təqdim edib.
Bu sənədlər Trampın Moskva ilə gizli əlaqələri barədə bir sıra hesabatlardan ibarətdir.
Hal-hazırda özəl müşavir kimi fəaliyyət göstərən qərbin bir kəşfiyyat rəsmisi bu məlumatı toplamışdır.
Donald Tramp bu sənədlərin saxta olduğu və siyasi məqsəd güddüyünü bildirib.
ABŞ dövlətinin rəsmilərindən biri bu sənədlərin dəqiq, ətraflı və mötəbər olduğunu deyib.
Deyilənlərə görə bu sənədlər 2016-cı il 20 iyun-20 oktyabr dövrünə aiddir.
Sözü gedən faktlarda Trampın son beş ildə qərbdəki müttəfiqlər arasında ixtilaf yaratmaq üçün Kreml rəsmiləri ilə yaxın dostluq əlaqələri əks olunur.
Mövcud məlumatlara görə FTB rəsmiləri həmin hesabatların doğru olub-olmadığını araşdırmaqdadırlar.
Vaşinqton rəsmiləri Rusiyanı kibernetik hücumda, ABŞ-dakı son prezident seçkilərinin nəticələrinə təsir etmək cəhdlərində ittiham edirlər, rəsmi Moskva isə bu ittihamları rədd edir.