Trampın dövlət katibinin İran və nüvə anlaşması haqdakı cəfəngiyyatı
Amerikanın seçilmiş prezidenti Donald Trampın bu ölkənin dövlət katibliyinə olan seçimi Reks Tillerson deyib ki, İranla nüvə anlaşmasının tamamilə yenidən nəzərdən keçirilməsini tövsiyə edəcək.
Əlaləm telekanalının məlumatına görə, Reks Tillerson dünən ABŞ senatının xarici əlaqələr komitəsinin önündə duraraq, öz proqramlarını müdafiə edibdir.
Tillerson beynəlxalq nüvə anlaşmasının ziddinə olan sözlərində İranın nüvə zənginləşdirilməsinə malik olmamalı olduğunu vurğulayaraq, iddia edib ki, nüvə anlaşması atom bombası almağı İrana qadağan etmir.
Trampın ABŞ-ın dövlət katibliyinə təklif etdiyi seçim sonra İranın dinc nüvə fəaliyyətləri qarşısındakı iidalarında əlavə edib ki, nüvə anlaşması İranın nüvə silahı əldə etmə qüdrətini dayandırır, amma həmişəlik olaraq, ona mane olmur.
Reks Tillerson deyib: Amerikanın yeni dövlətinin istəyi olan nüvə anlaşmasına görə, İranda zənginləşdirilmiş maddələr olmamalıdır.
Tillersonun sözləri elə bir halda söylənir ki, İran İslam Respublikası kütləvi qırğın silahlarının qurbanlarından biri kimi, daim nüvə silahları mövcud olmayan bir regionun olmasını istəyib, zira hazırkı şəraitdə bu regionda sionist rejim yüzlərlə nüvə başlığına malikdir.
Həmçinin MAQATE-nin və Nüvə Anlaşması üzrə Müştərək Komissiyanın hesabatlarına görə, Amerikanın əksinə olaraq, İran İslam Respublikası indiyədək nüvə anlaşmasındakı bütün öhdəliklərinə əməl edibdir.
İranın xarici işlər nazirinin xahişi ilə və AYSA(ISA) qanununun uzadılması ilə Amerika tərəfindən nüvə anlaşmasının pozulmasının araşdırılması üçün çərşənbə axşamı günü İran və 5+1 ölkələrinin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə Vyananın Kuborq otelində Nüvə Anlaşması üzrə Müştərək Komissiyanın iclası keçirilib.
Bu iclasda İran nümayəndələri son bir ildə Amerikanın əhdə xilaf çıxması halları barədə şərh təqdim edib, hüquqi sənədlər ortaya qoyaraq, AYSA(ISA) qanununun uzadılmasını Birləşmiş Ştatların nüvə anlaşması çərçivəsindəki öhdəliklərilə daban-dabana zidd adlandırıblar.
Nüvə Anlaşması üzrə Müştərək Komissiyaya üzv ölkələrin nümayəndələri də bu iclasda İranın nigarançılığını ciddi hesab edərək, Amerikanın AYSA(ISA) qanununun təsirsiz qalması istiqamətində addımlar atmasını və bu sahədə şəffaflığın yaradılmasını istəyiblər. Belə ki, AYSA-nın İranla həmkarlıq və təcrübələrə heç bir təsirinin olmaması haqda heç bir şübhə qalmasın.
Donald Tramp Amerika prezident seçkiləri gedişində nüvə anlaşmasını "faciə" və "dünyanın ən pis razılaşması" adlandırmış və vəd etmişdi ki, Ağ Evə yol tapacağı təqdirdə, elə ilk gündə bu anlaşmanı cıracaqdır.