Rusiya Suriyanın böhranlı durumu haqda BMT-yə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i256285-rusiya_suriyanın_böhranlı_durumu_haqda_bmt_yə_xəbərdarlıq_edib
Rusiya Müdafiə Nazirliyi Suriyanın böhranlı şəraiti haqda BMT-yə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2017 09:30 Asia/Baku
  • Rusiya Suriyanın böhranlı durumu haqda BMT-yə xəbərdarlıq edib

Rusiya Müdafiə Nazirliyi Suriyanın böhranlı şəraiti haqda BMT-yə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov şənbə günü deyib: BMT Hələbdə və Suryanın digər yerlərində terrorçuların işğalından azad olunmuş bölgələrdə vətəndaşlara heç bir kömək etmir. Halbuki humanitar yardımların göndərildiyini iddia edir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü əlavə edib: Suriya vətəndaşları, eləcə də Hələb şəhərinə humanitar yardımların göndərilməməsi onların həyatına mənfi təsir göstərir.

Rusiya Müdafiə Nazirliyi sözçüsünün sözlərinə görə, Hələb şəhərinin azad edilməsindən sonra beynəlxalq təşkilatlar tərəfindən bu şəhər sakinlərinə heç bir yardım edilməmişdir.

Suriya ordusu qüvvələri öz əməliyyatlarını davam etdirərək işğal olunmuş ərazilərin əsas hissəsini terrorçulardan azad etmişlər.

Suriyada, əsasən də Hələb şəhəri sakinlərinin ağır şəraitinə baxmayaraq, ABŞ və qərb dövlətləri humanitar yardımların göndərilməsində əngəllər yaradırlar.