Trampın komandasında fikir ayrılıqları
https://azeri.sahartv.ir/news/dünya-i256453-trampın_komandasında_fikir_ayrılıqları
Amerikanın Xarici Əlaqələr Şurasının rəhbəri bu ölkənin gələcək hökumətinin üzvlərinin elə indidən fikir ayrılıqları ilə üzləşdiyini deyi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2017 08:06 Asia/Baku
  • Trampın komandasında fikir ayrılıqları
    Trampın komandasında fikir ayrılıqları

Amerikanın Xarici Əlaqələr Şurasının rəhbəri bu ölkənin gələcək hökumətinin üzvlərinin elə indidən fikir ayrılıqları ilə üzləşdiyini deyi.

CNN televiziyasının məlumatına görə, Amerika Xarici Əlaqələr Şurasının sədri Riçard Hoss Amerikanın gələcək hökumətinin dünya görüşünü açıqlayaraq deyib: Siz gələcək hökumətin dünyagörüşü haqda soruşdunuz. Fikrimcə, birdən çox dünya görüşü yoxdur. Trampın hökumətində müxtəlif insanların fərqli dünya görüşləri vardır. Onların hər birinin, hətta hamısının sözlərinin yeni seçilmiş prezidentin dedikləri arasında təzad vardır. Prezident siyasətlərin istiqamətlərini müəyyənləşdirə bilər. Amma ölkənin idarə olunmasının detalları çox-çoxdur. Davamlı gərginlik və naməlum vəziyyətdən çəkinməlidirlər. Əlbəttə bu iş müəyyən ölçüdə mümkündür. Çünki Ağ Evdə çoxlu sayda rəsmi vardır. Prezidentdən əlavə, onun müavini, Mİlli Təhlükəsizlik Şurasının sədri və Donald Trampın kürəkəni xüsusi müşavir olaraq Ağ Evdə olacaq. Digər tərəfdən tezliklə ABŞ prezidenti olacaq Donald Tramp təhlükəsizlik xidmətlərinin rəsmiləri də fikir ayrılığına malikdir. buna görə, bütün bunlar Amerikanın gələcək hökuməti üçün bir dünya görüşünü nəzərdə tutmaq nikbinlikdir.