Trampa boykot davam edir
https://azeri.sahartv.ir/news/dünya-i256459-trampa_boykot_davam_edir
Bir qrup məşhur amerikalı incəsənət xadimi Trampın andiçmə mərasimini boykot edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2017 08:08 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Bir qrup məşhur amerikalı incəsənət xadimi Trampın andiçmə mərasimini boykot edib.

CNN televiziyasının məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə günü 20 yanvarda andiçmə mərasimində iştirak edərək rəsmi şəkildə Ağ Evin idarəsini öz üzərinə götürəcək. 

Trampın andiçməsi üçün xüsusi mərasim nəzərdə tutulub. Lakin bir qrup amerikalı incəsənət xadimi bildirib ki, bu mərasimdə iştirak etməyəcək. Əlbəttə Donald Tramp da bu xəbərlərə reaksiyada deyib: O "məşhur" şəxslərin onun mərasimində iştirak etməsini istəmir. Çünki onlar sadəcə mərasimin pulsuz bileti ardıncadırlar, insanlar üçün heç nə etmirlər və o məşhurlar deyil, vətəndaşları istəyir.