Yan 19, 2017 12:01 Asia/Baku
  • Gürcülər Rusiya ilə qaz razılaşmasına etiraz ediblər
    Gürcülər Rusiya ilə qaz razılaşmasına etiraz ediblər

Minlərlə Gürcüstan vətəndaşı bu ölkə ilə Rusiyanın Qazprom şirkəti arasında imzalanmış qaz idxalı müqaviləsinə görə etiraz aksiyası keçirib.

APA-nın verdiyi məlumata görə, Gürcüstanın " Azadlığa dəstək" qrupunun üzvü Tamara Çerqulaşvili deyib: Müxalifəti dəstəkləyənlərdən, 80 müəssisə, təşkilat və daxili qrumu təmsil edən aksiyaçılar dünən Tiflis ilə Rsuiyanın Qazprom şirkəti arasında razılaşmanın ləğv edilməsi və bu razılaşmanın sənədinin KİV-də yayılmasını istəyiblər. 

Rəsmi Tiflis ötən həftə bildirmişdi ki, qaz idxalatının artırılması üçün Rusiyanın Qazprom şirkəti ilə bir müqavilə imzalayıb. 

Ötən il Gürcüstan dövlətinin Rusiya ilə müzakirələrinə etiraz əlaməti olaraq minlərlə gürcü 7 kilometr uzunluğunda insan halqası yaratdı. Onlar Qazprom-la razılaşmaya etirazlarını bildirdilər, Gürcüstan hökuməti isə Qazprom-u, Azərbaycan Respblikası Dovlət Neft Şirkəti(ARDNŞ) ilə əvəz etmək məcburiyyətində qaldı. 

Teqlər