Rusiya Suriya barədə İranla yaxın əməkdaşlığa təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i257068-rusiya_suriya_barədə_İranla_yaxın_əməkdaşlığa_təkid_edib
Rusiya prezidentinin sözçüsü Moskvanın Suriya böhranının həlli istiqamətində Tehranla yaxın həmkarlığından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2017 07:41 Asia/Baku
  • Rusiya Suriya barədə İranla yaxın əməkdaşlığa təkid edib
    Rusiya Suriya barədə İranla yaxın əməkdaşlığa təkid edib

Rusiya prezidentinin sözçüsü Moskvanın Suriya böhranının həlli istiqamətində Tehranla yaxın həmkarlığından xəbər verib.

IRNA-nın məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dünən həmçinin vurğulayıb ki, Moskva Qazaxıstanda keçiriləcək suriyalı-suriyalı müzakirələrində amerikalı heyətlə müzakirə aparmayacaq.

Suriya sülh müzakirələri yanvarın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək. Müzakirələrin mehvəri, Suriya böhranının həlli üçün suriyalı-suriyalı müzakirələrin bərpası və bütün Suriyada atəşkəsin bərqərarına səydir.

Rusiyanın xarici işlər naziri Segey Lavrov da dünən Moskva, Tehran və Ankaranın dəstəyilə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək suriyalı-suriyalı müzakirələrdə ABŞ nümayəndə heyətinin iştirakı imkanını mümkünsüz bilməyib.