Trampın ilk avantürist hərəkəti; Modern raket sisteminin istehsalına göstəriş verdi
-
Trampın ilk avantürist hərəkəti
ABŞ-ın yeni hökuməti öz təhlükəsizliyinə zəmanət çərçivəsində modern raket sistemi istehsal edəcək.
İRİB-in məlumatına görə, Ağ Ev cümə günü ABŞ ordusunun yenidən güclənməsi adı altında bir bəyanatda bildirib: ABŞ prezidenti Donald Tramp hökuməti İran və Şimali Koreya kimi ölkələr tərəfindən "raket hücumları" qarşısında qorunmaq üçün modern raket sistemi istehsal edəcək.
Ağ Ev modern raket sisteminin istehsalı üçün İran və Şimali Koreyanın raket hücumlarını elə bir halda bəhanə götürür ki, ümumiyyətlə Amerikanın siyasəti imperialist siyasətə əsasən formalaşıb və bu siyasətin davam etməsi dünya səviyyəsində de-stabilliyi artırmışdır.
Müxtəlif bölgələrdə, o cümlədən 2001-də Əfqanıstanda, 2003-də İraqda təhlükəsizliyə zəmanət bəhanəsi ilə həyata keçirilən işğalçılıq siyasəti Amerikanın himayə çətiri sayəsində müxtəlif terror qruplarının formalaşması və dünya səviyyəsində de-stabilliyin genişlənməsi ilə nəticələndi.
ABŞ-ın sabiq dövlət katibi Con Kerri son vaxtlar etiraf edib ki, Amerika Suriya prezidenti Bəşşar Əsədi dəyişmək məqsədilə İŞİD-in təşkil olunmasına icazə verdi və bu terror qruplaşmasının ünsürlərinə silah köməyi etdi.