Yan 26, 2017 13:10 Asia/Baku
  • Rusiya qərbin siyasətləri barədə xəbərdarlıq edib
    Rusiya qərbin siyasətləri barədə xəbərdarlıq edib

Ruriyanın Xarici işlər naziri deyib: Qərb özünün orta şərq barədəki səhv siyasətlərinin bədəlini ödəyəcəkdir.

ITAR-TASS-ın verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Qərb tərəfindən orta şərqdə ölkələrində qarşı rejimlərin dəyişdirilməsi siyasəti, eyni zamanda qərbin siyasətləri ilə uzlaşan isyanlara dəstək verməsi qərb üçün ağır başa gələcək. 

Sergey Lavrov qərbin orta şərqdəki səhv siyasətlərinin bu regionda sabitliyi pozduğunu bildirərək deyib: Rəsmi Moskva orta şərq ölkələri üçün sadəcə daxili islahatların effektli olacağını düşünür və bu islahatların sürəti və növü həmin ölkələrdə hökm sürən ənənələrə diqqət yetirilərək müəyyənləşməlidir. 

Rusiya XİN başçısı orta şərq ölkələrinin xalqlarının öz müqəddəratlarını təyin etməkdə yeganə qanuni tərəf olduqlarını vurğulayaraq deyib: Qərb liberalizmini region ölkələrinə qəbul etdirmək əməliyyatı müvəffəqiyyətsizliyə uğrayıb amma  qərb onun fəsadlarından hələ yaxa qurtara bilməyəcək. 

Teqlər