Əlcəzirə: Tramp dünyanı məhvə yaxınlaşdırdı
https://azeri.sahartv.ir/news/dünya-i257967-Əlcəzirə_tramp_dünyanı_məhvə_yaxınlaşdırdı
ABŞ-ın yeni prezidentinin siyasətləri dünyada nüvə cəbbəxanalarının genişlənməsi və Yer kürəsinin istiləşməsi ilə dünyanı məhvə yaxınlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2017 10:05 Asia/Baku
  • Tramp dünyanı məhvə yaxınlaşdırdı
    Tramp dünyanı məhvə yaxınlaşdırdı

ABŞ-ın yeni prezidentinin siyasətləri dünyada nüvə cəbbəxanalarının genişlənməsi və Yer kürəsinin istiləşməsi ilə dünyanı məhvə yaxınlaşdırıb.

Əlcəzirə televiziyasının məlumatına görə, Nüvə Elmləri və Təhlükəsizliyi Komitəsi illik iclasında bildirib: Dünya daha 30 saniyə nüvə viranəliyi və yaxud məhvinə yaxınlaşdı və onunla iki dəqiqə yarım məsafəsi vardır. 

Simvolik nüvə saatının yarım dəqiqə irəliyə getməsi ilə bu saat ötən 60 ildə ən təhlükəli şəraitlə üzləşib. 15 Nobel mükafatı laureatına şamil olan Nüvə Elmləri və Təhlükəsizliyi Komitəsi dünyanın məhvi barədə nigaranlıqlarının artdığını bildirib. 

Vaşinqtonda Nüvə Alimləri Nəşrinin icra müdiri Riçl Ranson deyib: Biz ABŞ-ın yeni prezidenti Donald Trampın sözlərindən çox nigaranıq. o bu ölkənin nüvə cəbbəxanalarının genişlənməsini istəyir. Biz həmçinin bu məsələdən nigaranlıq hiss edirik ki, Rusiya nüvə bombalarını öz müharibə layihəsinin bir hissəsi hesab edir. 

Bu nigaranlıqlar dünyanın nüvə cəbbəxanalarının 90%-ə malik Moskva və Vaşinqtonla məhdudlaşmır. Bu nigaranlıqlar həmçinin Şimali Koreya kimi nüvə klubunun yeni üzvləri, eləcə də Yer kürəsinin istiləşməsi fenomeninin məhvedici nəticələri haqda da vardır. 

Nüvə alimi Tomas Bikrinq deyib: Atom bombasından istifadə ilə bağlı Hindistan və Pakistan barədə nigaranlıqlarım vardır. Su səviyyəsindən aşağıda yerləşən ölkələr və adalarla bağlı ekoloji nigaranlıqlar vardı və su səviyyəsinin artması təhlükəsi onları hədələyir. 

Atom bombasının atalarının düzəltdiyi simvolik nüvə saatı soyuq müharibənin bitməsindən sonra 1991-ci ildə 17 dəqiqə geri qalmışdı. Lakin nüvə silahlarının artması və dünyanın müxtəlif yerlərində gərginliyin çoxalması ümidləri zəiflədib.