Yan 27, 2017 20:15 Asia/Baku
  • Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
    Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

Yunanıstanın Türkiyədə uğursuz çevrilişlə bağlı 8 şübhəlinin bu ölkəyə qaytarılmasından çəkinməsi ardınca, Ankara qeyri-qanuni miqrantların qəbulu sahəsində Afinanı razılaşmanı ləğv etməklə hədələyib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü TRT-yə müsahibəsində deyib: Biz hazırda öz funksiyamıza yenidən baxmaqla məşğuluq. Miqrantların qəbulu anlaşmasının ləğvini ehtiva edəcək lazımi addımları qəbul etmək istəyirik.

Çavuşoğlu bu açıqlaması ilə ötən il mart ayında Türkiyə ilə Avropa Birliyi arasında önəmli anlaşmanın bir hissəsi olaraq Afina və Ankara arasında imzalanan razılaşmaya eyham vurub. Bu anlaşmaya əsasən Türkiyə vəd edib ki, miqrantların Avropaya axınının qarşısını almaq istiqamətində Yunanıstana qeyri-qanuni şəkildə daxil olan bütün miqrantları Türkiyəyə qaytaracaq.

Yunanıstan Ali Məhkəməsinin Türkiyədə uğursuz iyul çevrilişindən sonra Yunanıstana sığınan 8 türk hərbçisi, o cümlədən iki komandan, 4 pilot və 2 serjantın Türkiyəyə qaytarılması ilə əlaqədar Ankaranın müraciətinə yox cavabı verməsindən sonra, Çavuşoğlu belə bir açıqlama verib.

Teqlər