Avropalıların dördə üçünün Tramp haqda müsbət rəyi yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i258039-avropalıların_dördə_üçünün_tramp_haqda_müsbət_rəyi_yoxdur
Odoxa müəssisəsinin rəy sorğusunun nəticələrinə əsasən, Avropa vətəndaşlarının dördə üçünün Amerikanın yeni prezidenti Donald Tramp haqda müsbət rəyi yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2017 06:21 Asia/Baku
  • Avropalıların dördə üçünün Tramp haqda müsbət rəyi yoxdur

Odoxa müəssisəsinin rəy sorğusunun nəticələrinə əsasən, Avropa vətəndaşlarının dördə üçünün Amerikanın yeni prezidenti Donald Tramp haqda müsbət rəyi yoxdur.

Sin-Xua İnformasiya Agentliyinin məlumatına görə,  Parisdə yayımlanan Odoxa müəssisəsinin rəy sorğusuna əsasən, avropalıların əksəriyyəti və Fransa vətəndaşlarının çoxu Donald Trampı aldadan, sərt və təhlükəli şəxs hesab edir.

Avropalıların 55%-i və fransızların 60%-i bu qənaətdədir ki, Tramp Amerika prezidentliyi üçün lazımi səlahiyyət və sədaqətli şəxs deyildir.

Avropalıların 72%-i və fransızların 81%-i bu qənaətdədir ki, Donald Tramp vətəndaşlara yaxın deyil və onların 80%-i Trampı sevilən şəxs hesab etmir.

Bu rəy sorğusuna əsasən, avropalıların 82%-i və fransızların 85%-i Donald Trampı sərt, avropalıların 75%-i və fransızların 82%-i onu irqçi adlandırır.

Həmçinin bu rəy soğrusunda əksər avropalılar və fransızlar Trampı təhlükəli şəxs adlandırıb, 60% isə bidliribdir ki, Tramp vədləri və seçki şüarlarına baxmayaraq, amerikalıların röyası olan bir vətənpərvər deyildir.

Donald Tramp cümə günü Amerikanın 45-ci prezidenti kimi and içdi.