Yan 28, 2017 12:02 Asia/Baku
  • BMT mühacirlər və azlıqlara qarşı ayrı-seçkilikdən nigarandır

BMT-nin baş katibi Antonio Quterreş dünən bu təşkilatın baş assambleyasında mühacirlər və azlıqların üzləşdikləri ayrı-seçkilik durumundan son dərəcə nigaranlıq edib.

Frans-Press-in məlumatına görə, Antonio Quterreş deyib: Təəssüb mehvərliyi ilə yeni ümumi diskurs yayılmaqdadır ki, daha artıq nifrət üçün yol açır və biz bu barədə sayıq olmalıyıq.

Quterreş əlavə edib: BMT böyük cinayətlər törədənlər qarşısında ədalətin icrası, həmçinin insan haqları sahəsində öz təşkilatının gücləndirilməsi üçün daha böyük səylər göstərməlidir.

BMT-nin baş katibi bu gün müsəlmanlar barəsində formalaşmış baxışı son dərəcə narahatedici adlandırıb.

Quterreşin bu sözləri elə bir şəraitdə söylənibdir ki, Amerika prezidenti Donald Tramp mühacirlər və müsəlmanlar qarşısında düşmənçilik siyasətləri yeridir.

Tramp çərşənbə günü gecə iddia olunan "qanunsuz mühacirlərlə mübarizə" hədəfilə Amerika ilə Meksika arasındakı sərhəd boyu divarın çəkilməsi haqda göstəriş verib.

Həmçinin ABŞ-ın yeni prezidenti dünən gecə müsəlman ölkələrdən Amerika ərazisinə mühacirlərin daxil olmaları üçün geniş məhdudiyyətlərin tətbiqi barədə bir fərman imzalayıb.

Tramp öz seçki mübarizələrindəki irqçi çıxışlarında daim bildirmişdi ki, Amerikanın prezidenti olarsa, müsəlmanların Amerika ərazisinə daxil olmalarını qadağan edəcək və mühacirlərin daxil olmalarının qarşısını almaq üçün Amerika ilə Meksika arasında divar çəkəcəkdir.

Teqlər