Yan 31, 2017 20:59 Asia/Baku
  • Kvebek məscidinə hücumunun şübhəlisi Trampı dəstəkləyibmiş
    Kvebek məscidinə hücumunun şübhəlisi Trampı dəstəkləyibmiş

ABŞ prezidenti Donald Tramp miqrantlara məhdudiyyətlə bağlı fərmanına etiraz etdiyinə görə, bu ölkənin ədliyyə nazirliyinin başçısını vəzifəsindən kənarlaşdırıb. Tramp həmçinin Miqrasiya İdarəsinin başçısının da vəzifəsindən azad edilməsinə fərman verib. Ağ Ev sözçüsü jurnalistlərlə keçirdiyi mətbuat brifinqində deyib: Trampın son proqramları ilə barışa bilməyənlər gedə bilərlər.

Şon Spayser əlavə edib: Tramp Kanada baş naziri ilə telefon söhbətində Kvebekdə məscidə dəhşətli hücum barədə danışıb və həlak olanların yaxınları və Kanada xalqının dərdinə şərik çıxıb. Bəzi xəbər portalları yazıblar ki, bu terror aktında şübhəli bilinən şəxs sosial şəbəkələrdə Donald Trampı dəstəkləyibmiş.

Kanadanın Kvebek şəhərində eyniadlı İslam Mədəniyyət Mərkəzinə terror hücumu nəticəsində indiyə qədər 6 nəfər həlak olub və beş nəfərin də vəziyyətinin ağır olduğu bildirilir. Belə terror aktlarının bu ölkə də analoqu yoxdur.

Kanada vətəndaşı deyib: Ümumiyyətlə belə dəhşətli hadisənin burada baş verdiyini təsəvvür edə bilmirəm.

Başqa bir kanadalı deyib: Ümidvaram bütün vətəndaşlar birləşsin və birlikdə addım atsın.

Son məlumatlara əsasən, bu insidentin əsas şübhəlisi fransız dilli nasist Aleksandr Bissonnat adlı bir şəxs olub. Belə ki, bundan öncə ictimai şəbəkələrdə Amerika prezidenti Donald Tramp və Fransanın radikal sağçılarının lideri Marian Lopeni dəstəkləyibmiş.

Star qəzeti seçkilərdən sonra bu günü, Kanada baş nazirinin ən problemli günü olaraq qeyd edib və bildirib ki, Kanadanın milli təhlükəsizlik müfəttişlərinin bir qrupu bu məsələ barəsində araşdırma aparmaqdadır.

Kanada vətəndaşı deyib: Belə barbarcasına hərəkətlərı cavablandırmaq, sülhü olan cəmiyyətə malik olmaqda vətəndaşların köməyi və əməkdaşlığını tələb edir. Baxmayaraq ki, Kvebek ayrı bir ada deyildir və kənar reallıqlardan təsir alır.

Torontoda müsəlmanların Amerikaya girişinə qadağa qoyulmasına etiraz olaraq bu gün keçirilən aksiyada iştirakçılar Kvebek qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut ediblər.   

Bu hadisəyə reaksiyalar davam etməkdədir. Və Kanadanın müxtəlif cəmiyyətləri həlak olanların yaxınlarının dərdinə şərik çıxmaq üçün müxtəlif proqramlar təşkil edirlər.

 

Teqlər