Nigeriya rəsmisi Şeyx Zəkzəkinin dərhal azad edilməsini vurğulayıb
Nigeriyanın Akiti əyalətinin qubernatoru İslam Hərəkatı liderinin azad edilməsini istəyib.
İRNA-nın məlumatına görə, Nigeriya Ali Məhkəməsinin İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin dərhal azad edilməsini ikinci dəfə vurğulamasından sonra, bu ölkənin Akiti əyalətinin qubernatoru Ayadule Fayose də federal məhkəmədən Zəkzəkinin azad edilməsi qərarını icra etməkdən boyun qaçıran şəxsləri cəzalandırmasını istəyib.
Fayose Şeyx Zəkzəki və həyat yoldaşının dərhal azad edilməsini vurğulayaraq bildirib: Nigeriya İslam Hərəkatı liderinin həbsinin davam etməsi insan haqlarının açıq şəkildə pozulmasıdır.
Nigeriyanın şərqində Edamava əyalətinin Yola şəhərində Şeyx Zəkzəkinin azad olunması üzrə bu ölkə ordusu və təhlükəsizlik qüvvələri əleyhinə çoxlu sayda şiənin dinc etiraz aksiyaları artmışdır.
Şeyx Zəkzəki və həyat yoldaşı 20 yanvarda azad edilməli idi. Lakin Nigeriyanın Təhlükəsizlik Nazirliyi bu qərarı icrasından imtina edib.
Şeyx Zəkzəki 2015-ci il dekabr ayında Nigeriya Təhlükəsizlik Nazirliyinin məmurları tərəfindən saxlanılıb və indiyə qədər həbsdədir.