Britaniya Rusiyanı kiber hücumda suçlayıb
Fev 03, 2017 13:35 Asia/Baku
-
Britaniya Rusiyanı kiber hücumda suçlayıb
Britaniyanın müdafiə naziri Rusiyanın qərbdə stabilliyi pozmaq və NATO-nu sınamaq üçün kiber silahlardan istifadə etdiyini iddia edib.
İRİB-in verdiyi məlumata görə, Britaniyanın müdafiə naziri Mişel Fallon Rusiyanı qərbin infranstrukturlarına ziyan yetirmək üçün kibernetik hücumlara səy göstərməkdə ittiham edib.
Britaniyanın müdafiə naziri NATO-dan bu təşkilatın kibernetik hücumlara qarşı müdafiə sistemini Rusiyanın hücumları qarşısında gücləndirməyə çağırıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Amerika və qərb ölkələrinin Rusiyaya qarçı ittihamlarını əsassız adlandıraraq deyib: Qərb Rusiyanın kiber hücumlarına dair iddiaları üçün heç bir fakt təqdim etməyib.
Teqlər