Fev 04, 2017 10:30 Asia/Baku
  • Nyu-Yorkda Trampa qarşı etirazlar davam edir

Amerikanın Nyu-York şəhəri ikinci gün dalbadal bu ölkənin yeni dövlətinin yeddi ölkənin vətəndaşlarının həmin ölkəyə daxil olmalarını qadağan edən qərarına qarşı xalq aksiyası səhnəsi olubduir.

Frans-Press-in məlumatına görə, etirazçılar dünən ABŞ prezidenti Donald Trampa qarşı şüarlar verərərk, müsəlman mühacir və vətəndaşların qarşılanmasını istəyiblər.

Nyu-Yorkda tanınmış müzeylərdən biri də dünən qərbli əsərlərin yerinə, İran, İraq və Sudan əsərlərini yerləşdirərək, Trampın rasist siyasətlərinə etiraz edibdir.

Nyu-Yorkda Modern Sənətlər Muzeyi bildirib ki, bir iraqlı, bir sudanlı və beş iranlı incəsənət xadimi ilə əməkdaşlıq edir və onların əsərlərini Pikasso və Matis kimi qərbli sənətçilərin əsərlərinin yerinə yerləşdiribdir.

Tramp yanvarın 27-də İran, İraq, Sudan, Somali, Liviya, Suriya və Yəmən daxil olmaqla islami ölkələrdən mühacirlərin Amerika torpağına daxil olmaları üçün geniş məhdudiyyətlərin tətbiqi barədə bir fərman imzaladı.

Trampın bu hərəkəti beynəlxalq etiraz və reaksiyalara səbəb oldu və bir çox dünya ölkəsi Amerikanın yeni prezidentinin qərarını beynəlxalq qanunlara zidd və ayrı-seçkilik mahiyyətli adlandırdı.

Tramp öz seçki rəqabətləri zamanı etdiyi rasistcəsinə çıxışlarında daim bildirmişdi ki, Amerikanın prezidenti olarsa, müsəlmanların Amerika ərazisinə daxil olmalarına mane olacaq və mühacirlərin daxil olmalarının qarşısını almaq üçün ABŞ-Meksika sərhədi boyunca divar çəkəcək.

Teqlər