ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Trampın icra qərarını təxirə saldı
-
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Trampın icra qərarını təxirə saldı
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bir bəyanatda bildirib: Bu ölkə prezidentinin miqrantlıq fərmanının irası ilə əlaqədar bütün işlər təxirə salınıb.
CNN-in məlumatına görə, şənbə günü verilən bu bəyanatda bildirilib: Sietl Federal Məhkəməsinin qərarına əsasən, Daxili Təhlükəsizlik Nazirliyi Trampın fərmanının icrası ilə əlaqədar bütün işləri təxirə salıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Gilian Kristiansin deyib: Bu nazirlik sərnişinlər haqda araşdırmalara yenidən başlayır və ABŞ prezidenti Donald Trampın icra fərmanını imzalamasından öncə bu vəzifəni icra etdiyi kimi davam etdirəcək.
Cümə günü Amerikanın Sietl Federal Məhkəməsinin hakimi Ceyms Robert 7 islam ölkəsindən vətəndaşların Amerikaya girişinə icazənin verilməməsinə dair Trampın fərmanının icrasının dayandırılmasına qərar verib.
Tramp bir müddət öncə bir fərman imzalayıb. Bu fərmana əsasən 7 islam ölkəsinin vətəndaşlarının 90 gün müddətinə Amerikaya girişi qadağan edilib. Trampın fərmanı İran, İraq, Suriya, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil olurdu. Bu arada Tramp Federal Məhkəmə hakiminin qərarını tənqid atəşinə tutub və onu gülünc adlandıraraq bu qərarın ləğvindən danışıb.
Sietl hakim tərəfindən verilən qərara əsasən, ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsi bildirib: ABŞ hökuməti ləğv edilmiş vizaların dərhal bərpasına başlayacaq. Amerika Demokratları, o cümlədən Senat azlığının rəhbəri Çak Şomer Robertin qərarını müsbət qarşılayıblar.
Şomer deyib: Bu qərar konstitusiya və bizim hamımızın qələbəsidir. Qənaətimizcə, qeyri-amerikalılarla əlaqədar Trampın qərarının icrası bizi təhlükəsiz etməycək.