Rusiya aeroportunda bomba təhlükəsi
https://azeri.sahartv.ir/news/dünya-i258899-rusiya_aeroportunda_bomba_təhlükəsi
Rusiyada bomba həyəcanı bir aeroportun fəaliyyətini dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 07:14 Asia/Baku
  • Rusiya aeroportunda bomba təhlükəsi
    Rusiya aeroportunda bomba təhlükəsi

Rusiyada bomba həyəcanı bir aeroportun fəaliyyətini dayandırıb.

İRNA-nın məlumatına görə, şənbə günü günortadan sonra naməlum şəxs Çelyabinsk aerportu rəhbərliyinə zəng edərək xəbərdarlıq edib ki, aeroportun binasında və ərazisində yerləşən bir təyyarədə bomba quraşdırılıb. 

Bu xəbərdarlıqdan sonra təhlükəsizlik məmurları hadisə yerindən yüzlərlə sərnişin və aeroport əməkdaşını təxliyə ediblər. 

Çelyabinsk şəhərinin 1 milyon 191 min əhalisi vardır və Uralda ən böyük sənaye şəhərlərindən sayılır. 

Son aylarda Rusiyanın müxtəlif bölgələrində telefonla xəbərdarlıq olunmuşdur. Bu xəbərdarlıqların əksəriyyəti Moskva ilə əlaqədardır. 

Rusiyanın anti-terror qanunlarına əsasən, bomba və terror aktı ilə bağlı yalan xəbərdarlıq beş ilədək azadlıqdan məhrum edilməyə səbəb olur.