ABŞ Apelyasiya Məhkəməsi Ağ Evin müraciətini rədd etdi
https://azeri.sahartv.ir/news/dünya-i258921-abŞ_apelyasiya_məhkəməsi_ağ_evin_müraciətini_rədd_etdi
ABŞ-ın Apelyasiya Məhkəməsi 7 islam ölkəsi vətəndaşlarının bu ölkəyə girişi qadağasının davam etməsi ilə əlaqədar Ağ Evin müraciətini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 13:01 Asia/Baku
  • ABŞ Apelyasiya Məhkəməsi Ağ Evin müraciətini rədd etdi
    ABŞ Apelyasiya Məhkəməsi Ağ Evin müraciətini rədd etdi

ABŞ-ın Apelyasiya Məhkəməsi 7 islam ölkəsi vətəndaşlarının bu ölkəyə girişi qadağasının davam etməsi ilə əlaqədar Ağ Evin müraciətini rədd edib.

Donald Trampın miqrant məhdudiyyəti ilə əlaqədar icra fərmanının müvəqqəti təxirə salınması qərarını cümə günü Vaşinqton ştatının Sietl Federal Məhkəməsinin hakimi Ceyms Robert verib. 

ABŞ prezidenti 27 yanvarda fərman imzalayıb. Fərmana əsasən, 7 müsəlman ölkənin vətəndaşlarının bu ölkə ərazisinə 90 gün müddətinə girişi qadağa olunur və miqrant vizası ilə vətəndaşların girişi 4 ay müddətinə təxirə salınır. 

Amerika prezidentinin qərarı dünya səviyyəsində reaksiyaya səbəb olub və dünyanın bir çox ölkəsi, o cümlədən Avropada irimiqyaslı aksiyalar keçirilməkdədir.