Fransa seçkilərində sağçı namizədin anti-İslam mövqeyi
https://azeri.sahartv.ir/news/dünya-i259003-fransa_seçkilərində_sağçı_namizədin_anti_İslam_mövqeyi
Fransa prezident seçkilərinə ifrat sağçı namizəd Marin Lupen seçki rəqabətlərinə İslam və müsəlmanlar əleyhinə mövqe sərgiləməklə start verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2017 09:31 Asia/Baku
  • Lupen Leon
    Lupen Leon

Fransa prezident seçkilərinə ifrat sağçı namizəd Marin Lupen seçki rəqabətlərinə İslam və müsəlmanlar əleyhinə mövqe sərgiləməklə start verib.

Lupen Leon şəhərində təşkil etdiyi təbliğat kampaniyası zamanı Fransanı İslam fundamentalizmi, qloballaşma və Avropa Birliyi qarşısında müdafiə edə biləcək yeganə namizəd olduğunu deyib.

Lupen idda edib ki, müsəlmanlar tərəfindən namazın qılınması və ya müsəlman qadınların hicabı Fransa mədəniyyəti və dəyərləri üçün təhdid sayılır. Onun iddiasına görə, heç bir fransız, heç bir respublikaçı və heç bir qadın müsəlmanları və hicabı qəbul etmir.

O, həmçinin deyib: Prezident seçiləcəyim təqdirdə məscidləri və İslam təlim mərkəzlərini bağlayacam.

Lupenin partiyası həmçinin, vəd edib ki, Fransanın Avropa Birliyinə üzvlüyü haqda referendum keçirəcək.

İfratçı və anti mühacir bir partiya olan Fransa Milli Cəbhəsi Partiyası Donald Trampın Amerikada prezident seçkilərində qələbə çalması və İngiltərə əhalisinin Avropa Birliyindən çıxmağa səs verməsinin ardınca Fransada oxşar addımlar ardıncadır.

Lupen bundan öncə Donald Trampın ABŞ prezident seçkilərində qələbə çalmasını "xalqın ziyalılar üzərində qələbəsi" adlandırmışdı.

Bu fransız siyasətçi həmçinin, ümidvarlıq edib ki, Fransa xalqı da qarşıdan gələn prezident seçkilərində ABŞ seçkiləri təcrübəsini nümunə qərar versin.

Fransada prezident seçkiləri 23 apreldə keçiriləcək. Rəy sorğuları Lupenin may ayındakı seçkilərdə, seçkilərin ikinci dövrünə yüksələcəyini proqnoz etsələr də, bu rəy sorğularına görə Lupen sonda seçkilərdə uduzan tərəf olacaq.