İran, Rusiya və Türkiyə Suriyada atəşkəs mövzusunu araşdıracaq
-
Astana iclası
Qazaxıstanın Xarici İşlər Nazirliyi bildirib ki, İran, Rusiya, Türkiyə və BMT-nin nümayəndə heyətləri bu gün Astanada bir araya gələrək, Suriyada atəşkəslə bağlı əldə olunmuş anlaşmanın detallarını araşdırırlar.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Bu iclasın əsas mövzusu Suriyada atəşkəsin icra mexanizmini və Suriya dövləti ilə müxalif olan silahlı qrupların təkliflərini araşdırmaq və bu barədə qərar qəbul etməkdən ibarətdir.
Bu ikinci dəfədir ki, Astana Suriya böhranı ilə əlaqədar İran, Rusiya və Türkiyə arasında üçtərəfli iclasa ev sahibliyi edir.
İran, Rusiya və Türkiyə 2 həftə bundan öncə də Astanada bir araya gələrək, Suriya böhranı üçün həll yolunun tapılmasına çalışmışdılar.
Daha öncə BMT-nin təşəbbüsü və digər regional oyunçuların iştirakı ilə Suriya böhranı barədə bir neçə dəfə iclas təşkil edilsə də, hamısı nəticəsiz qalmışdı.