Yüz minlərlə amerikalı Trampın izahat verməsini tələb edir
-
Yüz minlərlə amerikalı Trampın izahat verməsini tələb edir
ABŞ prezidentinin izahatını tələb edən internet petisiyasında say təxminən 700 min imzaya çatıb.
Time nəşrinin internet portalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın izahat verməsini tələb edən internet petisiyasında say 650 min imzanı keçib.
650 mindən çox amerikalı söz və ifadə azadlığı qruplarından birinin təşəbbüsü ilə hazırlanan internet petisiyasını imzalayıb.
ABŞ prezidentinin izahatı prosesi konstitusiyaya əsasən çətin və zaman tələb edən prosesdir.
ABŞ Konqresi sübut etməlidir ki, prezident xəyanət, rüşvətxorluq və ya başqa ağır cinayətlərə yol verib.
Bu petisiyanın təşkilatçıları izahat tərəfdarlarından istəyiblər ki, onu imzalayaraq ABŞ Konqresini bu sahədə araşdırma aparmağa təşviq etsinlər.
ABŞ prezidenti miqrantlar, müsəlmanlar və azlıqlar sahəsindəki siyasətləri ilə bütün dünyada irimiqiyaslı etirazlara səbəb olmuşdur.