İran ilə Rusiya arasında viza ləğv olunacaq
-
İran ilə Rusiya arasında viza ləğv olunacaq
Rusiyanın İrandakı səfiri deyib ki, iki ölkə turist qruplarının vizasız səfəri barədə razılaşma imzalayacaq.
Rusiyanın İrandakı səfiri Levan Caqaryan dünən TASS ilə müsahibədə vurğulayıb: İran prezidenti Həsən Ruhaninin mart ayında Moskvaya olacaq səfəri zamanı qrup formasında turlar çərçivəsində iki ölkə vətəndaşlarının vizasız səfəri imkanı haqda razılaşma imzalanacaq.
Rusiyanın İrandakı səfiri sonra deyib: Bu razılaşmanın imzalanması İrandan Rusiyaya və əks istiqamətdə turizm prosesini nəzərəçarpacaq dərəcədə artıracaq.
Caqaryan söyləyib: İran prezidentinin Rusiyaya olacaq qarşıdakı səfərində tərəflər həmçinin iqtisadi-ticari və siyasi sahələrdə ikitərəfli əlaqələrin əsas cəhətləri barədə danışacaqlar.
Rusiyanın İrandakı səfiri daha sonra deyib: Suriya və Əfqanıstanın durumu, Xəzər dənizi ilə bağlı məsələlər, habelə Qarabağ münaqilşəsi də İran prezidentinin Rusiyanın yüksək vəzifəli rəsmilərilə danışıqlarının mehvərini təşkil edəcək.