Fransa nüvə reaktorunda partlayış nəticəsində bir neçə nəfər yaralanıb
Fev 09, 2017 14:56 Asia/Baku
-
Fransa nüvə reaktorunda partlayış nəticəsində bir neçə nəfər yaralanıb
Fransa rəsmiləri Fransa nüvə reaktorunda partlayış nəticəsində bir neçə nəfərin yaralanmasından xəbər veriblər.
Frans-Press-in məlumatına görə, Fransa rəsmiləri bildiriblər ki, bu gün bu ölkənin şimal-qərbindəki "Felaminoyl" atom stansiyasının reaktorunda partlayış bir neçə nəfərin yaralanması ilə nəticələnib.
Fransız rəsmilərin dediklərinə görə, "Felaminoyl" atom stansiyası reaktorunun maşın avadanlığı otağında partlayış baş verib.
Fransalı məsul şəxslər vurğulayıblar ki, təhlükəli radioaktiv maddələrin sızması haqda heç bir təhlükə mövcud deyil.
Hələlık bu partlayışın səbəbi və ya amili məlum deyil.
Teqlər