Fev 11, 2017 17:48 Asia/Baku
  • Ruhani: AB İranla əməkdaşlıq üçün Avropa banklarına dəstək versin
    Ruhani: AB İranla əməkdaşlıq üçün Avropa banklarına dəstək versin

Yaponiyanın " Nis Şinbo Holdinq Niki" şirkəti bildirib ki, Amerika prezidentinin təzyiqləri nəticəsində Meksikada zavod inşası layihəsinin icrasını dayandırmalı olub.

İRNA-nın verdiyi məlumata görə, " Nis Şinbo Holdinq Niki" şirkəti bu gün bir bəyanat yayaraq bildirib ki, bu şirkət Tramp hökumətinin qarşı çıxdığına görə Meksikada avtomobil detalları istehsalı zavodunun inşasından vaz keçməli olub. 

Bu ilk dəfədir ki, Yaponiyanın əsas şirkətlərindən biri ABŞ prezidenti Donald Trampın təzyiqi altında Meksikadakı fəaliyyətini dayandırır. 

Tramp öncə də TOYOTA şirkətini Meksikada investisiya qoyacağı təqdirdə onun məhsullarına gömrük rüsümlarını artırıacağı ilə hədələmişdi. 

Teqlər