Rusiya Kuril adalarına ad qoydu
https://azeri.sahartv.ir/news/dünya-i259499-rusiya_kuril_adalarına_ad_qoydu
Rusiya baş nazirinin imzası ilə Kuril adalarına ad qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 16:36 Asia/Baku
  • Rusiya Kuril adalarına ad qoydu
    Rusiya Kuril adalarına ad qoydu

Rusiya baş nazirinin imzası ilə Kuril adalarına ad qoyulub.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Rusiya və Yaponiya sərhədində Kurildə 5 ada şənbə günü baş nazir Dmitri Medvedyevin imzası ilə adlandırılıb. Bu adalara SSRİ rəsmilərinin adları verilib.

SSRİ-nin komandanlarından İqor Farxutdinovun adı da Kuril adalarının birinin adını daşıyır.

Adqoyma prosesi 2010-cu ildə təşkil olunmalı idi.

Rusiya və Yaponiyanın Kuril adalarının mülkiyyəti üzrə fikir ayrılığı vardır.

SSRİ-nin Qızıl ordusu II Dünya Müharibəsində Kuril adalarını ələ keçirib.

Bir neçə tur müzakirələrin keçirilməsinə baxmayaraq, bu adalar üzrə Rusiya və Yaponiyanın ixtilafı hələ də həll olunmamışdır.