Rusiya NATO-ya xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i259501-rusiya_nato_ya_xəbərdarlıq_etdi
Rusiya xarici işlər naziri Şimali Atlantik Alyansı NATO-nun hərəkətləri və gərginlikləri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 16:49 Asia/Baku
  • Rusiya NATO-ya xəbərdarlıq etdi
    Rusiya NATO-ya xəbərdarlıq etdi

Rusiya xarici işlər naziri Şimali Atlantik Alyansı NATO-nun hərəkətləri və gərginlikləri haqda xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov şənbə günü bu ölkənin sərhədləri yaxınlığında NATO-nu hərbi gücünün artmasına toxunaraq deyib: NATO-nun Rusiya yaxınlığındakı ərazilərdəki hərəkətləri de-stabillik amilidir.

Rusiya xarici işlər naziri əlavə edib: Hazırkı vəziyyətin davam etməsi Moskva və NATO arasında etimadsızlığın artmasına səbəb olub.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, NATO Polşa və Baltikyanı ölkələrdə piyada batalyonlar çərçivəsində çoxlu qüvvələr yerləşdirmişdir. və hal-hazırda da Şərqi Avropanın digər ölkələri, o cümlədən Rumıniya və Bolqarıstanda belə qüvvələrin yerləşdirilməsi məsələsi irəli sürülüb.

Rusiya xarici işlər naziri həmçinin Rusiya yaxınlığında hərbi bazanın yaradılması və yenilənməsi, eləcə də bu ölkə sərhədləri yaxınlığında hərbi təlimlərin keçirilməsini NATO-nun anti-Rusiya təhrikedici hərəkətlərindən adlandırıb.

Rusiya dəfələrlə NATO-nun öz sərhədləri yaxınlığında beynəlxalq hərbi təlimlərin keçirilməsindən narahatlığını bildirib.

NATO-nun son hərbi təlimləri 2017-ci il 1-10 fevralda Dəniz Qalxanı 2017 adı ilə Qara dənizin şərq sularında Rumıniya, ABŞ, Kanada, Bolqarıstan, Yunanıstan, Türkiyə, İspaniya və Ukrayna dəniz qüvvələrinin iştirakı ilə keçirilib.