Putin: NATO Rusiyanı qarşıdurmaya sürükləmək istəyir
Rusiya prezidenti Vladimir Putin NATO üzvlərinin Rusiyanın daxili işlərinə qarışmaqda davam etdiklərini bildirərək deyib: Bu hərbi alyans Rusiyanı hərbi qarşıdurmaya sürükləməyə cəhd göstərir.
Putin dünən Rusiyanın kəşfiyyat agentliyi rəsmiləri ilə görüşündə deyib: Son illərdə dünyanın təhlükəsizlik durumu düzəlməyib və mövcud təhdidlərin çoxu son dərəcə ciddi hal alıb.
Rusiya prezidenti deyib: Bu təhdidlərdən biri NATO-nun " Rusiyaya qarşı önləyici missiyası" -dır.
Putin deyib: NATO-nun genişləndirilməsinin arxasında bu məqsəd durur. Bu keçmişdədə baş verib amma bu gün onlar ciddi hesab etdikləri yeni əsaslandırmalara əl atırlar.
Putin deyib: Əslində onlar daima bizi qıcıqlandırmağa cəhd göstərirlər, onlar bizi hərbi qarşıdurmaya sürükləmək istəyirlər.
Putin deyib: NATO üzvləri Rusiyada ictimai və siyasi sabitliyi pozmaq üçün bizim daxili işlərimizə qarışmaq istiqamətindəki səylərini davam etdirməkdədirlər.
Rusiya prezidenti deyib: Ötən il Rusiyada əcnəbilərin agentliklərinə işləyən 53 casus və əcnəbi agentliklərin 386 məmuru həbs edilib.
Putin həmçinin müştərək düşmənlər o sıradan da terrorçu qruplarla mübarizə sahəsində Rusiya ilə qərb ölkələri arasında koordinasiyanın olmamasından təəssüfləndiyini deyib.
Rusiya prezidenti deyib: Amerika ilə NATO-nun digər üzvlərinin kəşfiyyat agentlikləri arasında müzakirələrin davam etməsi hamının xeyrinə olacaq.