Türkmənistan prezidentinin andiçmə mərasimi keçirilib.
Türkmənistan prezidenti üçüncü dəfə olaraq and içib.
Yeni Müsavat qəzetinin internet portalının verdiyi məlumata görə, Türkmənistanın yenidən seçilmiş prezidenti Qrubanqulu Berdiməmmədovun and içmə mərasimi Aşqabadın Ruhiyyət sarayında xarici ölkələrin yüksək səviyyəli heyətləri və beynəlxalq təşkilatlarının nümayəndələri eləcə də xarici jurnalistlərin iştirakı ilə keçirilib.
5 milyon əhaliyə malik olan Türkmənistanın 59 yaşlı prezidenti Qurbanqulu Berdiməmmədov 2007-ci ildə hakimiyyətə gəlib və üçüncü dəfə olaraq 7 il müddətinə prezident seçilib.
Berdiməmmədov 2006-cı ildə Türkmənistanın keçmiş prezidenti Səfər Murad Niyazovun ölümündən sorna hakimiyyətə gəldi.
Türkmənistan parlamenti bir neçə ay öncə yeni konstitusiyanı qəbul etdi. Yeni konstitusiyada prezident vəzifəsi üçün nəzərdə tutulmuş yaş həddi ləğv edilib və prezidentlik müddəti 5 ildən 7 ilə artırılıb.
Türkmənistan dünyada təbii qaz ehtiyatına görə 4-cü yerdə durur. Bu ölkənin gəliri tam olaraq qaz ixracatından təmin olur.