Tramp yenidən Amerika medialarını tənqid etdi
Fev 19, 2017 07:05 Asia/Baku
ABŞ prezidenti bu ölkə KİV-nin funksiyasını bir daha tənqid edib.
ABC Newsun məlumatına görə, Amerika prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində öz tərəfdarları qarşısında deyib: Bu şəhərə saxta xəbərlərin blokları olmadan vətəndaşlarla söhbət etməyə gəlib.
Tramp mediaları saxtakar adlandırıb və onları yalan və mənbəyi olmayan xəbərlər yaymaqda suçlayıb.
Amerikanın qalmaqallı prezidenti əlavə edib: Bu medialar həqiqəti əks etdirmək istəmirlər və bir çox hallarda saxta xəbərlər yayımlayırlar.
Tramp bildirib: Medialar korrupsioner strukturun bir hissəsidir və böyük problemlərdən birinə çevrilmişlər.
Ötən cümə günü də Tramp mediaları Amerika xalqının düşməni adlandırmışdı.
Teqlər