Fev 19, 2017 10:43 Asia/Baku
  • Lavrov Gürcüstanla əlaqələrin normallaşması prosesinin başlanmasından razılıq edib

Rusiya xarici işlər naziri Rusiya ilə Gürcüstanın əlaqələrinin normallaşması prosesinin başlanmasından razılıq edib.

Tass Xəbər Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransının kənarında bu ölkə ilə Gürcüstan arasında siyasət və ticarət münasibətlərinin inkişafından razı qaldığını bildirib. 

Lavrov Gürcüstan və Rusiyanın viza ilə əlaqədar məhdudiyyətlərin sadələşdirilməsi haqda araşdırma aparacaqlarını deyib. 

Rusiya xarici işlər naziri bu konfransda həmçinin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordiatoru Federika Mogerini ilə görüşərək Moskva və Brüssel arasında əlaqələr, eləcə də Liviya və Suriya böhranlarının həlli haqda danışıqlar aparıb. 

Teqlər