ABŞ prezidentinin "dəfn mərasimi"
Nyu-York şəhərinin bir qrup sakini ABŞ Prezidenti Günü ərəfəsində simvolik hərəkətdə bu ölkə prezidentliyi vəzifəsi üçün dəfn mərasimi təşkil edib.
Press TV-nin məlumatına görə, Amerika prezidenti Donald Trampın yüzlərlə əleyhdarı şənbə günü Vaşinqton Skuer parkında ABŞ prezidentliyi üçün hazırlanan qara rəngli tabutun kənarında simvolik dəfn mərasimini təşkil edib.
Bu tabutun üzərinə dərc olunan Amerika Prezidentlik vəzifəsinin doğum tarixi 1789-cu il 30 apreldə Amerikanın ilk prezidenti Corc Vaşinqtonun andiçmə mərasimi və vəfat tarixi isə bu ölkənin son prezidenti Donald Trampın 2017-ci il 20 yanvarda anidçmə mərasiminə aid olub.
Tramp Ağ Evə daxil olduqdan sonra ABŞ və dünyanın müxtəlif bölgələrində etirazlar və yürüşlərin şahidi olmuşdur.