Rusiya BMT TŞ-nin Suriyaya qarşı qətnamənin ilkin mətnini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i261144-rusiya_bmt_tŞ_nin_suriyaya_qarşı_qətnamənin_ilkin_mətnini_tənqid_edib
Rusiya bildirib ki, Suriya dövləti tərəfindən kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə bu ölkəyə qarşı sanksiyalar sülh danışıqlarına mənfi təsir buraxacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2017 15:32 Asia/Baku
  • Rusiya BMT TŞ-nin Suriyaya qarşı qətnamənin ilkin mətnini tənqid edib
    Rusiya BMT TŞ-nin Suriyaya qarşı qətnamənin ilkin mətnini tənqid edib

Rusiya bildirib ki, Suriya dövləti tərəfindən kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə bu ölkəyə qarşı sanksiyalar sülh danışıqlarına mənfi təsir buraxacaq.

Röytersin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bu gün deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriyaya qarşı sanksiya qətnaməsinin ilkin yazısını təklif etməsi mənfi atmosfer yaradacaq. 

BMT TŞ bu gün Suriyaya qarşı qətnamənin ilkin mətnini səsə verəcək. 

Amerika, Britaniya və Fransanın təklif etdikləri bu mətnə əsasən Suriya dövlətinin kimyəvi silahlardan istifadə etməsi bəhanəsi ilə 11 suriyalı rəsmi və 10 Suriya şirkətinə sanksiya tətbiq olunacaq. 

Bu sanksiyalar həmçinin Suriya ordusuna vertalyot və onun detallarının satışını da qadağan edəcək. 

Rusiya bildirib ki, Suriyaya qarşı bu kimi sanksiyaların tətbiq edilməsi qarşısında özünün veto haqqından istifadə edəcək. 

BMT və TŞ dəfələrlə terrorçular tərəfindən kimyəvi silahlardan istifadə edilməsini Suriya dövlətinə aid etməyə çalışıblar. 

ABŞ-ın İŞİD terrorçuları barədə araşdırma mərkəzi (İHS) bildirmişdir ki, 2014-cü ildən bəri İŞİD terrorçuları İraq və Suriyada mülkiyə qarşı 71 dəfə kimyəvi silahlardan istifadə ediblər.